Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasında qələbə ilə başlayıb...

"Report"un məlumatına görə, I turda Nikaraqua ilə qarşılaşan idmançılarımız rəqibini 4:0 hesabı ilə üstələyib.

Ülviyyə Fətəliyeva – Mariya Qaranados - 1:0Gövhər Beydullayeva – Kristiana Martines - 1:0Xanım Balacayeva – Abigel Kabesas - 1:0Gülnar Məmmədova – Aleksandra Munyos - 1:0

Qeyd edək ki, kişilərdən ibarət komandamız isə İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Poliqon.info