Paşinyan parlamentdə danışdı: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik"    

"Ermənistan hökuməti Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edir"...

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentdə baş nazir Nikol Paşinyan bəyan edib.

"Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik, onların hamısı üzrə razılaşdırılmış məzmun var", - deyə o qeyd edib.

Paşinyanın fikrincə, Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməz, ona görə də artıq razılaşdırılanları imzalamaq lazımdır.

Poliqon.info