Millət vəkili: Qazaxıstan müstəvisində daha da irəli addım atmış olarıq...

Kasım-Jomart Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib...

Fazil Mustafa: “Qazaxıstanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunda çıxış etməsi sevindirici və gözləniləndir”.

“Hər halda bu Ermənistana aid olan məsələdir. Çünki Azərbaycan Qazaxıstanın hər hansısa bir təşəbbüsünə yox deyəcək ölkə deyil”.

Bu sözləri millət vəkili Fazil Mustafa Qazaxıstanın Azərbaycan və Ermənistanla bağlı təşəbbüsünü Poliqon-a şərh edərkən qeyd edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev də Azərbaycan üçün Astanada danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Bəs Qazaxıstanın bu məsələdə rolu uğurlu ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Bu məsələdə Azərbaycan qardaş ölkənin xoş niyyətli addımını yüksək qiymətləndirir”.

İndi topun Ermənistanda olduğunu qeyd edən millət vəkili Poliqon-a bildirib ki, əgər Ermənistan bu məsələyə etiraz etməsə, bu müstəvidə də müzakirələr aparıla bilər:

“Qazaxıstanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunda çıxış etməsi sevindirici və gözləniləndir. Çünki Qazaxıstan Azərbaycana qardaş ölkədir. Azərbaycanın problemlərinin həll olunmasına maraq göstərən əsas ölkələrdən biridir. Buna görə də, əgər bu məsələnin Ermənistan tərəfindən qəbulu mümkün olarsa, bu daha yaxşı variant olar.

Qazaxıstan müstəvisində daha irəli addım atmış olarıq. Hər halda bu Ermənistana aid olan məsələdir. Çünki Azərbaycan Qazaxıstanın hər hansısa bir təşəbbüsünə yox deyəcək ölkə deyil. Azərbaycan Qazaxıstanın təşəbbüslərini həmişə təqdirlə qarşılayıb. Bu məsələdə də Azərbaycan qardaş ölkənin xoş niyyətli addımını yüksək qiymətləndirir.

İndi top Ermənistandadır. Əgər Ermənistan bu məsələyə etiraz etməsə, bu müstəvidə də müzakirələr aparıla bilər”.

Nərminə UMUDLU Poliqon.info