Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - Yenilənib

Dağıdıcı zəlzələlərdən zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində Heydər Əliyev adına ibtidai məktəbin açılışı baş tutub...

Türkiyənin Kahramanmaraş vilayətində bu gün açılışı olan Heydər Əliyev adına ibtidai məktəbin 24 sinif otağı artıq yüzlərlə uşağı qəbul edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, məktəbin ümumi ərazisi 7 678 kvadrat metrdir.

3 mərtəbəli binada sinif otaqları ilə yanaşı yeməkxana və kitabxana, eləcə də xüsusi əyləncə zonaları var.

Qeyd edək ki, Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. Buradakı “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 hektardır və ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib.

Hazırda tamamlama işləri aparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrinin ərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərə alınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.

Bütövlükdə, layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1300-dən çox mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.

***

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və onun türkiyəli həmkarı Yusuf Tekin iştirak ediblər.

##galery##

Poliqon.info