Peskov: Blinkenin Rusiyanın İrandan raket tədarükü ilə bağlı sözlərinin heç bir əsası yoxdur

Peskov Blinkenin İranın Ukraynada raketlərdən istifadə etməsi ilə bağlı sözlərinə münasibət bildirib...

Poliqon xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya ordusunun guya Ukraynada İran raketlərindən istifadə etməyə hazırlaşdığı barədə sözlərini şərh edib.

Kreml nümayəndəsinin sözlərinə görə, İrandan Rusiyaya raket tədarükü ilə bağlı çoxsaylı fərziyyələrin heç bir əsası yoxdur.

Peskov qeyd edib ki, Rusiya Federasiyası bir sıra dövlətlərlə əlaqələrini inkişaf etdirir, lakin bu, Rusiya Silahlı Qüvvələrinin işinə şamil edilmir, çünki Rusiya ordusu Ukraynada xüsusi əməliyyatı davam etdirmək üçün hər cür vasitənin tam hüquqlu arsenalına malikdir.

Poliqon.info