Göygöldə qardaş qardaşı bıçaqlayıb

Göygöldə qardaş qardaşı bıçaqlayıb...

Oxu.Az xəbər verir ki, Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü E.Rzayev xuliqanlıq zəminində qardaşı 2002-ci il təvəllüdlü R.Rzayevə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Qeyd edək ki, hər iki şəxs oğurluq cinayətinə görə əvvəllər məhkum olunmuşdur.

Poliqon.info