İsrail ordusu Yuxarı Qalileyə hücum edən “Hizbullah” hədəflərinə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Cuaya şəhərinin ərazisinə hücum edib...

Poliqon xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti zərbənin “Hizbullah”ın silah zavodu və komanda mərkəzinə vurulduğunu bildirib. Qeyd edilir ki, Livan şiə hərəkatı bundan əvvəl Yuxarı Qaliley bölgəsində İsrail ordusunun mövqelərinə hücum edib.

İDF-nin məlumatına görə, ötən axşam Livan ərazisindən atılan “bir neçə şübhəli hava hədəfi” Yuxarı Qaliley bölgəsində aşkar edilib. Bəzi hədəflərin tutulduğu iddia edilsə də, lakin onlardan bəziləri Amiad yaxınlığında düşüb.

“Kəşfiyyat məlumatlarına əsasən, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Cuaya bölgəsində Hizbullahın silah zavoduna hücum edib. Bundan əlavə, Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nabayteh, Mansuri və Kfarkela bölgələrində Hizbullahın hərbi komandanlıq mərkəzinə və hərbi obyektlərinə hücum edib”, deyə İDF mətbuat xidməti bildirib.

Hizbullah bildirib ki, Yuxarı Qaliley bölgəsindəki zərbələr İDF-nin ərazi bölməsinin qərargahını, eləcə də logistika anbarlarını hədəf alıb. Hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Poliqon.info