"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçib

"Qarabağ"dan ayrılan Hamidu Keytanın yeni klubu bəlli olub...

Apasport.az xəbər verir ki, onun "Konyaspor"a keçidi rəsmiləşib.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 29 yaşlı fransalı vingerlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o Super Liqa təmsilçisində 28 nömrəli formanı geyinəcək.

Poliqon.info