Gədəbəydə hamilə qadın naməlum şəraitdə ölüb

Gədəbəy rayonunda qadın naməlum səbəbdən dünyasını dəyişib...

"Report"un Qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Qadının hamilə olduğu, ölüm səbəbinin isə hələ tam məlum olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info