Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb    

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb...

“Report”un cənub bürosunun xəbərinə görə, hadisə Digah yaşayış massivində qeydə alınıb.

Belə ki, nəzarətsiz qalan 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Bu zaman qoruyucu kəmər uşağın boğazına sıxılıb. Köməksiz vəziyyərdə qalan körpə boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.info