Azərbaycanda uşaqlar hansı cinayətlərə görə məhkum edilir?

Azərbaycanda ötən il 494 nəfər 14-17 yaşında olan uşaq cinayət törədib...

Modern.az-ın əldə etdiyi məlumata görə, onlardan 310 nəfəri məhkum olunub.

Cinayət törədən uşaqların sayında artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 388 uşaq, 2022-ci ildə isə 433 uşaq cinayət törədib.

Ötən il cinayət törədən şəxslərin 2 faizini 14-17 yaşlı uşaqlar təşkil edib.

Uşaqlar əsasən qəsdən sağlamlığa ağır zərər vurma, soyğunçuluq, qəsdən adam öldürmə və adam öldürməyə cəhd, oğurluq, zorlama və zorlamaya cəhdə görə məhkum edilib.

Poliqon.info