MSK seçki dairələrindən daxil olan müraciətləri araşdırmağa başlayıb

22 saylı Nəsimi-Yasamal, 31 saylı Suraxanı İkinci və 78 saylı Lənkəran Kənd Seçki dairələrindən olan namizədlərdən daxil olan müraciətlər araşdırılır...

Poliqon xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, araşdırmalara bu gündən başlamışıq: “Kim istəsə, araşdırmaya dəvət edilsin. Sentyabrın 11-də 22 saylı Nəsimi-Yasamal və 78 saylı Lənkəran Kənd Seçki dairələrindən daxil olan müraciətlərin nəticələrinə baxa biləcəyik. 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən daxil olan müraciətə baxılmasının son günü sentyabrın 12-dir. Biz çalışacağıq ki, müraciəti təmin edək. Tərəflərə bildirmək istəyirəm ki, fakt vermək lazımdır. Faktlara uyğun biz qərarımızı verəcəyik”.

Məzahir Pənahov qeyd edib ki, bu gündən yəqin ki, Mərkəzi Seçki Komissiyasına müraciətlər daxil olacaq: “Çalışacağıq vaxtı keçmədən bu müraciətləri araşdıraq”.

Poliqon.info