"Qarabağ" hücumçu Hamidu Keyta ilə yollarını ayırdığını açıqlayıb

"Qarabağ" hücumçu Hamidu Keytayla yollarını ayırıb...

Klubdan "Report"a verilən məlumata görə, 29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Poliqon.info