Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Əməkdar jurnalist Elsevər Dünyamalıyevə yüksək vəzifə verilib...

O, MTV telekanalına rəhbər təyin olunub.

Qeyd edək ki, əməkdar jurnalist bundan əvvəl, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor, AzTV sədrinin birinci müavini olub.

Xatırladaq ki, MTV Azərbaycan “Azerspace-1” peyki vasitəsilə yayımlanan telekanaldır.

Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan kanal 11.05.2012 tarixindən fəaliyyətə başlayıb. Televiziya yayıma başladığı ilk gündən tamaşaçılara dünya və ölkə musiqi xəzinəsinin incilərini təqdim edir.

Artıq telekanalda ictimai-siyasi verilişlərin də sayı artır. Ölkənin xəbər məkanında MTV-nin də xüsusi çəkisi var. Telekanalda xəbər proqramlarının efir vaxtı artırılıb.(Konkret.az)

Poliqon.info