İsrailin Suriyaya endirdiyi zərbənin hədəfi İranın raket montaj bazası ola bilər

İsrailin Suriyaya raket hücumu İranın bu ölkədəki obyektlərinə, o cümlədən İranın raket istehsalı bazasına zərbə vura bilər...

Poliqon xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

“Həmanın qərbində yerləşən Masyaf bölgəsindən İran qüvvələri və iranpərəst silahlı qruplar tərəfindən baza kimi istifadə edildiyi güman edilir. Son illərdə bura dəfələrlə İsrailə aid edilən hücumların hədəfi olub”, deyə qəzet yazır.

Nəşr iddia edir ki, Həmada CERS və ya SSRC kimi tanınan Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir və İsrail İran qüvvələrinin bu mərkəzdə dəqiq yer-yer raketləri istehsal etmək üçün istifadə etdiyini iddia edir.

İsrail Müdafiə Qüvvələri Suriyaya raket hücumu ilə bağlı hələlik şərh verməyib.

SANA-nın daha əvvəl xəbər verdiyi kimi, İsrailin Suriyaya endirdiyi zərbələr nəticəsində azı 5 mülki şəxs həlak olub, daha 19 nəfər yaralanıb. Həma əyalətinin mərkəzi Əl-Məşfə Əl-Vətani xəstəxanasının direktoru Feysəl Heydər bildirib ki, qurbanların əksəriyyəti Masyaf şəhərindəndir.

Poliqon.info