Rusiya-Belarus İttifaq Dövlətinin təhlükəsizlik konsepsiyası 2025-ci ildə qəbul ediləcək

Belarus Təhlükəsizlik Şurası İttifaq Dövlətinin təhlükəsizliyinin yeni konsepsiyasını elan edib...

2025-ci ildə Rusiya və Belarus İttifaq dövləti üçün yeni təhlükəsizlik konsepsiyası və iki ölkə üçün təhlükəsizlik zəmanətləri haqqında saziş qəbul ediləcək.

Poliqon xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib. Volfoviçin sözlərinə görə, yaxın vaxtlarda zəmanət müqaviləsi layihəsi təqdim olunacaq.

“Bu konseptual sənədlərin yubiley ilində işıq üzü görəcəyi çox simvolikdir. Dekabrda biz İttifaq dövlətinin yaranmasının 25-ci ildönümünü qeyd edəcəyik”, Volfoviç “Milli Müdafiə” jurnalına deyib.

İddia olunur ki, Konsepsiya layihəsində İttifaq dövlətinin qarşılıqlı faydalı və bərabərhüquqlu beynəlxalq əməkdaşlıq üzrə strateji məqsədlərinə nail olmaq üçün ABŞ, dost olmayan NATO ölkələri və Avropa İttifaqının siyasətlərinə birgə mübarizə haqqında müddəa öz əksini tapıb. Eyni zamanda, Belarus Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, sənəd blok statusuna baxmayaraq, ayrı-ayrı dövlətlərlə praqmatik qarşılıqlı əlaqə imkanını özündə saxlayır. Konsepsiyada həmçinin NATO-nun MDB-də dağıdıcı fəaliyyəti ilə bağlı müddəalar var.

Qeyd edilir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iyun ayında Almatıda Aleksandrov Volfoviçlə görüşüb. Tərəflər, digər məsələlərlə yanaşı, İttifaq dövlətinin təhlükəsizlik konsepsiyasının hazırlanmasını və təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Belarus sazişinin layihəsini müzakirə ediblər.

Poliqon.info