Putin Kim Çen Inı KXDR-in yaranması günü münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin KXDR lideri Kim Çen Ina respublikanın yaranmasının 76-cı ildönümünün qeyd olunması ilə əlaqədar təbrik teleqramı göndərib...

Poliqon xəbər verir ki, teleqramda Rusiya prezidenti ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu barədə Şimali Koreyanən Mərkəzi xəbər Asgentiyi (KCNA ) məlumat yayıb.

“Əminəm ki, birgə səylərlə biz Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlığı sistemli şəkildə gücləndirməyə davam edəcəyik. Bu, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir və Koreya yarımadasında və bütövlükdə Şimal-Şərqi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsinə uyğundur”, deyə KCNA-nın sitat gətirdiyi teleqramda deyilir.

Vladimir Putin Kim Çen Ina “sağlamlıq və uğurlar”, KXDR vətəndaşlarına isə “sülh və firavanlıq” arzulayıb.

Xatırladaq ki, iyun ayında Putin Şimali Koreyaya səfər edib və orada Kim Çen Inla görüşüb. İki ölkə liderləri strateji tərəfdaşlıq sazişi imzalayıblar. Bu sənəd, xüsusilə, tərəflərdən birinə hücum zamanı hərbi yardımın göstərilməsini nəzərdə tutur.

Poliqon.info