Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - Yenilənib

Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub...

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Əyyub Əyyubovun idarə etdiyi “VAZ-2107” və Turan Lətifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və “Mercedes”də olan sərnişinlər xəsarət alıb.

Hazırda araşdırma aparılır.

***

Oğuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info