Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə Beyləqan-Daşburun yolunda baş verib

1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi "KIA Optima" markalı avtomobil aşıb.

Sürücü aldığı xəsarətlərdən vəfat edib. Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan Rayon Prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.a (Qfqazinfo)

Poliqon.info