Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir...

Poliqon xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist bildirib ki, yeni tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.

Poliqon.info