Salyanda ağır qəza: Xəsarət alanlar var    

Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb...

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Neftçala rayonunun Cəngan kənd sakini, 2003-cü il təvəllüdlü Ağababa Ümidvar oğlu Məlikovun idarə etdiyi motosiklet Salyanın Yolüstü kənd sakini, 2018-ci il təvəllüdlü Ə.K.-nı vurub.

Qəza nəticəsində sürücü və azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Poliqon.info