Prezidentin İtaliya səfəri... - Bu səfər Avropa İttifaqı ilə mürəkkəb münasibətlərə müsbət təsir edəcək?

Prezident İlham Əliyevin İtaliyaya səfər edib...

Siyasi-şərhçi: “Cənab Prezidentin səfər çərçivəsində “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır” fikirləri də böyük önəm daşımalıdır”.

“Hansısa bir beynəlxalq qurum və ya dövlət rəsmi Bakı ilə əlaqələri kəskinləşdirirsə, itirən tərəf onlar olur. Cənubi Qafqazın lider ölkəsini itirmək o lider ölkəyə deyil, qarşı tərəfə ziyan gətirir”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Prezident İlham Əliyevin İtaliya səfərini Poliqon-a şərh edərkən qeyd.

Prezident İlham Əliyevin İtaliyaya baş tutan səfərini necə dəyərləndirmək olar? Bu səfər Azərbaycanın xarici siyasətində nəylə yadda qalacaq və İtaliya ilə əməkdaşlığın səviyyəsi Avropa İttifaqı ilə mürəkkəb münasibətlərə müsbət təsir edə bilərmi?

İtaliya-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “İtaliya Avropa İttifaqının ən əsas dövlətlərindən biridir və təbii ki, Azərbaycanın bu birliklə əlaqələrin yaxın olmasında önəmli rol oynaya biləcək bir ölkədir”.

İtaliyada 50-ci Çernobbio Forumu çərçivəsində iştirak zamanı Ali Baş Komandana göstərilən diqqətin Azərbaycana dünyada göstərilən diqqət olduğunu vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu ölkəmizin həm də gücünün nümayişi idi:

“İtaliya Azərbaycan üçün Avropanın ən vacib ölkələrindən biridir. Bunun bariz sübutu kimi Vətən müharibəmizdə İtaliyanın əvvəldən axıra qədər Azərbaycana yönəlik dəstək mövqeyini göstərə bilərik. Bu baxımdan ölkə rəhbərinin bu səfərini yüksək dəyərləndirmək lazımdır. İtaliya həmçinin Azərbaycanın ən yaxından ticari əlaqələr qurduğu ölkəkərdən biridir.

Cənab Prezidentin səfər çərçivəsində “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır” fikirləri də böyük önəm daşımalıdır. İtaliya Avropa İttifaqının ən əsas dövlətlərindən biridir və təbii ki, Azərbaycanın bu birliklə əlaqələrin yaxın olmasında önəmli rol oynaya biləcək bir ölkədir. Amma indiki zamanda Azərbaycan bu birliklə münasibətləri yaxından qurmaq üçün hansısa ölkələri vasitəçi kimi ortaya ata bilərmi, xeyr.

Hansısa bir beynəlxalq qurum və ya dövlət rəsmi Bakı ilə əlaqələri kəskinləşdirirsə, itirən tərəf onlar olur. Cənubi Qafqazın lider ölkəsini itirmək o lider ölkəyə deyil, qarşı tərəfə ziyan gətirir. Azərbaycan hər zaman yürütdüyü balanslı siyasətə bu gün də sadiqdir. Kimlərsə bizdən alət ölkə kimi istifadə edə bilməz.

İtaliyada 50-ci Çernobbio Forumu çərçivəsində iştirak zamanı Ali Baş Komandana göstərilən diqqət Azərbaycana dünyada göstərilən diqqət idi. Bu ölkəmizin həm də gücünün nümayişi idi. Bütün hallarda İtaliya Avropanın əsas güclərindən biridir, bu ölkə ilə ən yüksək səviyyədə qurulan əlaqələr bizim üçün çox önəmlidir”.

Nərminə UMUDLU Poliqon.info