Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Lənkəran rayon İcra Hakimiyyətinin tenderini ləğv edib...

Pravda.az xəbər verir ki, xidmətin qərarı ötən gün açıqlanıb.

Belə ki, İcra Hakimiyyəti bir müddət əvvəl “Əhali tərəfindən edilən bir sıra müraciətlərin əsasında Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qruplaşdırılan və 2024-cü ilin sonunadək icrası planlaşdırılandırılan müxtəlif növ bərpa və yenidənqurma işlərinin satın alınması” üzrə tender elan etmişdi. Dəyəri 731.389,96 manat olan satınalmanın ləğv edilmə səbəbi isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələblərinin pzoulması olub. Rəsmi qaynaqlarda qeyd edilir ki, tenderin ləğvi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub.

Poliqon.info