Erməni məktəblərində rus dili əsas fənlər siyahısından çıxarılıb

Ermənistanda yeni tədris ilindən etibarən rus dili orta məktəblərdə tədris üçün tələb olunan dillər siyahısından çıxarılacaq və ona xarici dil statusu veriləcək...

Poliqon xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” portalı məlumat yayıb. Nəşr qeyd edir ki, bu dəyişiklik yeni təhsil standartlarına uyğun olaraq tətbiq olunacaq.

“Sputnik Ermənistan”ın yazdığına görə artıq orta təhsil müəssisələrində rus dilinin tədris saatları azaldılıb. Belə ki, rus dili 4-9-cu siniflərdə həftədə üç dəfə, orta məktəblərdə isə həftədə iki dəfə tədris olunacaq.

Poliqon.info