İsrail qoşunları Cenin qaçqın düşərgəsini tərk edib

İsrail əsgərləri İordan çayının qərb sahilində Cenin şəhəri və onun yaxınlığındakı qaçqın düşərgəsinin mühasirəsinə son qoyub...

Poliqon xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, İsrail əsgərləri avqustun 28-də işğal olunmuş İordan çayının qərb sahilinə geniş miqyaslı işğalın başlanmasından bəri yerləşdikləri Cenin şəhərindəki hökumət xəstəxanası və şəhər xəstəxanasının ərazisini tərk ediblər.

Qeyd edək ki, son doqquz gün ərzində hərbçilər İordan çayının qərb sahilində reydlər həyata keçirib. Ordu Cenin və Tulkərm qaçqın düşərgələrində “terrorla mübarizə əməliyyatı” keçirdiyini bildirib.

Fələstin mediası xəbər verir ki, artıq israillilər tamamilə geri çəkiliblər.

İsrailin işğal altındakı İordan çayının qərb sahilinə son onilliklərdə ən intensiv hücumu olan bu basqın nəticəsində azı 39 fələstinli ölüb, 130 nəfər yaralanıb.

Poliqon.info