Tramp: ABŞ-ın sanksiyaları dolları dünya valyutası kimi öldürür...

Prezidentliyə namizəd Donald Tramp bildirib ki, ABŞ hakimiyyəti Rusiya da daxil olmaqla digər ölkələrə qarşı sanksiyalar tətbiq etməklə dolları dünya valyutası kimi öldürür...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Tramp bu barədə Nyu-York İqtisadi Klubunda çıxışı zaman danışıb. Prezidentliyə namizədin sözlərinə görə, əgər dollar dünya valyutası olmaqdan çıxsa, bu, uduzulmuş müharibəyə bərabər olacaq.

“Mən də sanksiyalar tətbiq etdim, amma onları çox tez qaldırdım, çünki onlar dolları və onun təmsil etdiyi hər şeyi öldürürlər. Bizə dolların dünya valyutası olaraq qalması lazımdır”, deyə Trami biznes nümayəndələri qarşısında çıxışında bildirib.

Tramp əmindir ki, ABŞ administrasiyası sanksiyalardan sui-istifadə edir.

“Buna cavab olaraq digər ölkələr, o cümlədən Rusiya öz işlərini görür və lovğalanırlar ki, artıq bizə ehtiyacları yoxdur”, deyə sabiq prezident vurğulayıb.

Donald Tramp bəyan edib ki, o, ölkələrin dollardan imtina etməsinə qarşıdır və buna nifrət edir”. Respublikaçı həmçinin rəqəmsal dolların yaranmasının qarşısını alacağına söz verib.

Qeyd edək ki, aprel ayında Bloomberg xəbər vermişdi ki, Trampın müşavirləri dollarsız ikitərəfli ticarətlə məşğul olmaq üçün aktiv yollar axtaran ölkələrə qarşı sanksiyaları müzakirə edirlər.

Poliqon.info