Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib
Apasport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda İsveç seçməsini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start verilib. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib - 3:1.
UEFA Millətlər Liqası
C Liqası, I qrup, I tur
5 sentyabr
20:00 Azərbaycan – İsveç 1:3
Qollar: Renat Dadaşov, 83 - Aleksandr İsak, 65, 71, Viktor Qyökeres, 80-pen.
Qolla nəticələnməyən penalti: Ramil Şeydayev, 45+7
Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev.
İsveç: Viktor Yohansson, Lüdviq Auqustinsson, İsak Hien, Aleks Duqlas, Linus Valqvist, Yasin Ayari, Mattias Svanberg, Antoni Elanqa, Aleksander İsak, Deyan Kuluşevski, Viktor Qyökeres.
Baş hakim: Balaş Berke (Macarıstan)
***
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında millimiz fərqi azaldıb.
"Report"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə millimiz fərqi 2 topa endirib.
65-ci dəqiqədə hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənib. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
***
UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə qolsuz yollanıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
***
UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.
"Report"un məlumatına görə, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.
Poliqon.info