Gəncədə sərnişin mikroavtobusu 6 maşına çırpılıb - Foto, Yenilənib

Gəncədə sərnişin avtobusunun iştirakı ilə baş verən zəncirvari qəzanın bəzi təfərrüatları məlum olub...

APA-nın yerli bürosunun məlumatına görə prospektlə hərəkətdə olan 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusunun əyləc sistemində nasazlıq yaranıb.

Bu zaman sürücü avtobusu yol kənarında dayana bir neçə avtomobilə çırpıb.

***

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq "Niva", "Mitsubishi", "Chevrolet" və daha 3 "Hyundai" markalı minik maşınına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

Ərazidə qısa müddətli tıxac yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

##galery##

Poliqon.info