"Quska"nın məhkəməsi yenə təxirə salındı

"Quska" kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb...

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən keçirilməyib.

İclasın vaxtı sentyabrın 12-nə salınıb.

Xatırladaq ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb.

Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Poliqon.info