Harris Trampla debatda qapalı mikrofon qaydası ilə razılaşıb

ABŞ-nin vitse-prezidenti Kamala Harris rəqibi Donald Trampa qarşı qarşıdan gələn debatın qaydaları ilə razılaşıb...

APA xəbər verir ki, bu barədə “BBC“ məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Kamala Harris bildirmişdi ki, rəqibi Donald Trampla debatlar zamanı mikrofonlar daima açıq olmalıdır.

ABŞ prezidentliyinə namizdələr Donald Tramp və Kamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.

Poliqon.info