Almaniya Ukraynaya söz verib: Heç bir şərt olmadan dəstək verəcək...

Berlində danışıqlar zamanı Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rustem Umyerovu Almaniyanın heç bir şərt olmadan Ukraynanl dəstəkləyəcəyinə əmin edib...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfirliyi X sosial şəbəkəsində məlumat yayıb.

"Hava hücumundan müdafiə Almaniyanın dəstəyinin mərkəzində qalır. Bu il biz IRIS-T sistemlərini, o cümlədən döyüş sursatlarını və çitaları tədarük edəcəyik. Bundan sonra biz kömək etməyə davam edəcəyik. Heç bir "əgər" və "amma" olmadan dəstək davam edəcək", deyə Almaniyanın müdafiə nazirinə istinadən səfirlik bildirib.

Qeyd edək ki, Almaniya Ukraynaya ümumilikdə 8 IRIS-T SLM sistemi və 9 müvafiq IRIS-T SLS kompleksini ötürməyi planlaşdırır. Onlardan ikisi bu il, qalanı 2025-ci ildə təhvil verilməlidir. Bu, alman istehsalçısı Diehl Defense-nin istehsal gücünün artırılması sayəsində mümkün olub.

Çərşənbə günü, sentyabrın 4-də Berlində Ukrayna və Almaniyanın müdafiə nazirləri Rustem Umyerov və Boris Pistorius arasında danışıqlar baş tutub.

Poliqon.info