Putin: “Qlobal Cənub” artıq dünya ÜDM-nin 50%-dən çoxunu təşkil edir

Qlobal iqtisadi vəziyyət dəyişir, dünya ümumi daxili məhsulunun (ÜDM) 50 faizi “Qlobal Cənub” ölkələrinin payına düşür...

Poliqon xəbər verir ki, bunu Kremlin Teleqram kanalında yayımlanan Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

Putinin sözlərinə görə, Çin iqtisadiyyatının həcmi ABŞ-dan daha böyükdür. Prezident əlavə edib ki, Pekinlə Vaşinqton arasında uçurum durmadan artır.

Rusiya prezidenti onu da əlavə edib ki, Rusiya iqtisadiyyatı artıq dünyada dördüncü yerdədir.

Xatırladaq ki, doqquzuncu Şərq İqtisadi Forumu sentyabrın 3-dən 6-dək Vladivostokda keçirilir. Forum Uzaq Şərq iqtisadiyyatının inkişafı və Asiya-Sakit okean regionunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün aparıcı platforma hesab olunur. Builki tədbirin əsas mövzusu “Uzaq Şərq-2030” olacaq.

Qeyd edək ki, sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin forumun əsas tədbirini - plenar iclası açıb.

Poliqon.info