Kim Çen In Şimali Koreyada daşqınlara görə 30 məmuru edam etdirib

Şimali Koreya hakimiyyəti iyulun sonunda ölkənin şimalında minlərlə insanın həyatına son qoyan güclü daşqından sonra onlarla yüksək vəzifəli məmuru edam edib...

Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın “TV Chosun” telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, zərər çəkmiş bölgənin 20-dən 30-a qədər rəhbər vəzifəli şəxsi güllələnib.

Qeyd edilir ki, KXDR rəhbəri Kim Çen In iyulun sonunda fövqəladə iclasda “vəzifələrinə etinasız yanaşanları” sərt şəkildə cəzalandıracağını və bu qədər qurbanların olmasına görə yerli rəhbərlərin nəsuliyyət daşıdığını bildirib. Şimali Koreyanın dövlət mediası fəlakətdən sonra xilasetmə işlərinə nəzarət edən dövlət başçısının fotoşəkillərini yaysa da, ölənlər barədə məlumat verməyib.

“TV Chosun” telekanalının məlumatına görə, daşqınlar ən çox Çinlə həmsərhəd olan Çaqanq əyalətinin şimalında qeydə alınıb. Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yazıb ki, leysan 4 mindən çox evi zədələyib, yolları və dəmir yollarını su basıb, həmçinin Sinuiju şəhərində təxminən 3,3 min hektar ərazini dağıdıb, 5 minə yaxın insan xilas edilib.

Poliqon.info