Tramp: Harris qalib gəlsə, ABŞ-də yeni “Böyük Depressiya” olacaq...

Keçmiş prezident bildirib ki, Demokratların namizədi qalib gəlsə, ABŞ “tarixdə ən böyük vergi artımı” ilə üzləşəcək...

Hazırkı vitse-prezident, Demokratlar Partiyasından namizəd Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki “Böyük Depressiya” ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək.

Poliqon xəbər verir ki, Tramp bu fikri Pensilvaniya ştatının Harrisburq şəhərində seçicilərlə görüşündə bildirib. Mitinq Fox News telekanalının təşkil etmək istədiyi, lakin Harrisin iştirak etməkdən imtina etdiyi debatın yerinə baş tutub.

“Əgər o, prezident olarsa, 1929-cu ildəki kimi depressiya olacaq. Onun nə etdiyi barədə heç bir fikri yoxdur”, deyə Tramp seçicilərinə tsir etməyə çalışıb.

Keçmiş prezident əlavə edib ki, Demokrat namizəd qalib gələrsə, Birləşmiş Ştatlar “tarixdə ən böyük vergi artımı” ilə üzləşəcək.

“Ölkəmizin başına gələnlərin belə olacağını düşünürəm. Onlar artıq bizi bu yola salıblar”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, Reuters/Ipsos-un son sorğusu Harrisin Trampı 45%-dən 41% nisbətində qabaqladığını göstərib. Agentlik yazır ki, bu sorğu göstərdi ki, vitse-prezident seçki ərəfəsində yeni seçici dalğası cəlb edib. Yeni sorğu Harrisə qadınlar və latınlar arasından dəstəyin artırdığını qeyd edib.

Poliqon.info