Zelenski Kulebanı aprel ayında istefaya göndərməyə çalışıb

The Economist: Kuleba aprel ayında ABŞ Dövlət Departamentinin müdaxiləsi səbəbindən vəzifəsində qalıb...

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hələ aprel ayında istefaya göndərilə bilərdi, lakin ABŞ Dövlət Departamentinin müdaxiləsi sayəsində bunun qarşısı alınıb.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Kuleba ilə prezident Vladimir Zelenski arasında gərginlik 2022-ci ilin əvvəlindən durmadan artıb.

"İnsayderlər, Kulebanın taleyinin aprel ayında həll olunduğunu hesab edirlər. Elə bu zamanda hazırda onu əvəzləyən Andrey Sibiqa prezident aparatından nazir müavini vəzifəsinə təyinat alıb”, deyə nəşr yazır.

Prezident Zelenskiyə yaxın mənbələr istefanın o zaman ABŞ Dövlət Departamentinin mövqeyinə görə baş tutmadığını və indi ABŞ-da seçki mövsümünün başlaması ilə Vaşinqtonun diqqətinin başqa məsələlərə yönəldiyini izah edib.

Sentyabrın 4-də məlum olub ki, Ukraynada 6 nazir istefa verib.

Poliqon.info