Fransada Durov təyyarənin trapında həbs olunmayıb

Telegram-ın həmtəsisçisi Pavel Durov Paris hava limanında həbs olunmazdan əvvəl VIP salonuna qədər getməyə müvəffəq olub və sonda orada saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə Fransanın TF1 telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, Durovn təyyarəsi hava limanına enəndən sonra o, yol yoldaşı və mühafizəçisi ilə sənədlərin yoxlanılması zamanı VİP salona keçib. Polis içəri girib və onlarla yuxarı qalxmağı xahiş edbi. Polis bölməsində Durovun saxlanıldığı barədə məlumat verilib. Məlumatı verən mənbə Durovun buna inana bilmədiyini deyib.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında saxlanılıb. Telegram-ın həmtəsisçisi qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur.

Pavel Durov 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.

Poliqon.info