Dominikan Respublikasında Maduronun daha bir təyyarəsi saxlanılıb

Venesuela prezidenti Nikolas Maduroya aid ikinci təyyarə Dominikan Respublikasında saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə yerli “Diario Libre” nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, “Falcon 2000EX” təyyarəsi hazırda “Joaquín Balaguer” hava limanındadır. Bundan əvvəl KİV-lər mənbələrə istinadən həmin hava limanında Maduroya məxsus “Falcon 900EX” təyyarəsinin müsadirə edilməsi barədə yazmışdılar.

“Falcon 2000EX”in qiyməti 10 milyon dollardır və 10 sərnişin daşımaq qabiliyyətinə malikdir. “Diario Libre” yazır ki, bu təyyarənin qeydə alınmış yeganə uçuşu 14 sentyabr 2019-cu ildə həyata keçirilib. Təyyarə Maltaya uçub.

Sentyabrın 2-də CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, Nikolas Maduronun təyyarəsi Dominikan Respublikasında həbs edilərək Floridaya aparılıb. Həbsə səbəb təyyarənin alınmasının Amerikanın Venesuelaya qarşı sanksiyalarını pozması olub. Təyyarə 13 milyon dollar dəyərində qiymətləndirilir.

Poliqon.info