HƏMAS, hücumlar dayanacağı təqdirdə əsirlərin sağ-salamat qayıdacağını bildirib

Fələstindəki HƏMAS hərəkatı israillilərə ünvanlanan videomüraciət yayıb...

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin videoda "Qərar sizindir... Hücumlar dayansa, əsirlər sağ-salamat qayıdacaqlar" deyilir.

Bəyanatda həmçinin Qəzza zolağına qarşı hücumların davam etməsi halında israilli məhbusların diri qayıtmayacaqları vurğulanıb.

“Netanyahunun hakimiyyətdə qaldığı hər gün yeni bir tabut mənasına gələ bilər. Hücum davam edərsə, onların taleyi naməlum qalacaq”,- deyə videomüraciətdə deyilir.

Poliqon.info