ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

ABŞ-nin Corciya ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər ölüb...

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bununla yanaşı, 30-a yaxın adam yaralanıb.

Telekanalın məlumatına görə, Barrou qraflığında bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə oraya polis əməkdaşları göndərilib.

***

ABŞ-ın Corciya ştatının Uinder şəhərində məktəbdə atışma baş verib, iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə MSNBC kanalı məlumat yayıb.

Kanalın yaydığı məlumata görə hadisə zamanı azı dörd nəfər xəsarət alıb.

CNN-in məlumatına görə, polis şübhəli şəxsi saxlayıb. Hadisə yerində beş təcili yardım maşını var, zərərçəkənlərdən birinin vertolyotla xəstəxanaya yerləşdirilməsi tələb olunub.

FTB əməkdaşları hadisə yerində yerli hüquq-mühafizə orqanlarına yardım edir.

Poliqon.info