Poltava faciəsi: ABŞ uzaqmənzilli raketlərin atılmasına qadağanı götürəcək?..

51 nəfərin həyatına son qoyan Rusiyanın Poltavaya raket hücumu fonunda Pentaqonun nümayəndəsinə ABŞ-ın indi Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlər atmasına icazə verməklə bağlı siyasətini dəyişib-dəyişdirməyəcəyi soruşulub...

Poliqon xəbətr verir ki, Pentaqonun sözçüsü general Patrik Rayder bununla bağlı konkret danışmayıb.

"Uzaqməsafəli zərbələrlə bağlı siyasətimizə gəlincə, burda hər hansı dəyişikliklə bağlı hələlik açıqlamam yoxdur", deyə Pentaqon sözçüsü bildirib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin etməyə davam edəcək.

Qeyd edək ki, sentyabrın 3-də ruslar Poltavaya hücum edib və Rabitə İnstitutuna "İsgəndər" raketi atıb. Şəhər Şurası qeyd edib ki, Poltavada xilasetmə xidmətləri Rusiyanın zərbəsindən sonra insanları dağıntılar altından çıxarmağa dərhal başlaya bilməyib, çünki bir saat ərzində təkrar zərbələr endirmək təhlükəsi səbəbindən bir neçə dəfə hava hücumu xəbərdarlığı elan edilib. Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücumu nəticəsində 51 nəfər həlak olub, 271 nəfər yaralanıb.

Poliqon.info