Kreml BRİKS-in genişlənməsi üçün məhdudiyyətləri açıqlayıb

Peskov: BRİKS-in genişlənməsinin həddi var, Kazanda tərəfdaş ölkənin statusu müəyyənləşəcək...

BRİKS-in genişlənməsinə məhdudiyyətlər var, Kazan sammitində təşkilatın tərəfdaşlarının statusu müzakirə olunacaq.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz hamımız birlikdə müəyyən etməliyik ki, bu təşkilatda neçə tərəfdaş ola bilər, kimlər təşkilata daxil ola bilər və s. Bütün bunlar Kazanda müzakirə olunacaq”, deyə Kreml rəsmi nümayəndəsi bildirib.

Qeyd edək ki, sentyabrın 2-də Türkiyə rəsmi olaraq BRİKS-ə üzv olmaq üçün ərizə təqdim edib. Avqust ayında Azərbaycan da BRİKS-ə üzv olmaq üçün müvafiq ərizə təqdim edib.

2006-cı ildə yaradılan hökumətlərarası təşkilata hazırda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və BƏƏ daxildir.

Poliqon.info