Peskov: BCM orderi Putinin beynəlxalq əlaqələrini məhdudlaşdırmayacaq...

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi dost ölkələrlə əlaqələrini məhdudlaşdıra bilməz...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, BCM Rusiyanın ikitərəfli münasibətlərin inkişafında maraqlı olan dövlətlərlə münasibətlərinin inkişafında məhdudlaşdırıcı ola bilməz və olmayacaq.

Peskov vurğulayıb ki, dünya birliyinin qlobal əksəriyyəti BCM-nin tətbiq etməyə çalışdığı məhdudiyyətlərdən fərqli olaraq Rusiya ilə beynəlxalq əməkdaşlığın perspektivlərinə daha geniş baxışa malikdir.

Xatırladaq ki, sentyabrın 2-də Vladimir Putin ilk dəfə BCM-nin yurisdiksiyasını tanıyan və onu həbs edəcəyi gözlənilən Monqolustana səfər edib.

Poliqon.info