Peskov: Kulebanın mümkün istefası danışıqlar perspektivlərinə təsir etməyəcək...

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın mümkün istefası heç bir şəkildə danışıqlar prosesinin perspektivlərinə təsir etməyəcək...

Poliqon xəbər verir ki, bunu “RİA Novosti” Agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində deyib.

“Xeyr, bunun heç bir təsiri olmayacaq. Bunun danışıqlar prosesinin perspektivləri ilə heç bir əlaqəsi yoxdur”, deyə Peskov jurnalistlərin sualına cavab olaraq bildirib.

Xatırladaq ki, dünən “Ukrayinska pravda” qəzeti mənbələrə istinadən Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Kuleba işdən çıxarılacağı, onun yerinə onun birinci müavini Andrey Sibiqanın təyin olunacağı barədə məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 3-də Ukrayna hökumətində 5 nazir istefa vermək qərarına gəlib. “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya sentyabrın 4-nü “ixtisar günü” elan edib və bu həftəyə “hökumətin böyük resetini” vəd edib.

Poliqon.info