Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobus marşrutlarında sərnişin sıxlığı nəzərə alınaraq həmin istiqamətlərdə reyslərin sayı artırılır...

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar əlavə olunmuş avtobus reysləri üzrə ətraflı məlumatları və biletləri Naxçıvan şəhərində o cümlədən, Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən avtovağzalların kassalarından əldə edə bilərlər.

Poliqon.info