Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Ermənistan Xarici İşlər Nazirliyi Bakı ilə mümkün Naxçıvan-Sünik-Azərbaycan əlaqəsinə nəzarətin özəl şirkətə verilməsi məsələsinin müzakirə olunub-olunmamasını şərh etmir...

Poliqon xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq Ermənistan XİN-dən bildirilibş.

"Ermənistan Respublikası suverenliyə hörmət, milli yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq regionda kommunikasiyaların bloklanması ilə bağlı prosesdə konstruktiv şəkildə iştirak edir", deyə XİN bildirib.

Bundan əvvəl politoloq Sergey Melkonyan məlumat vermişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində son görüşdə təhlükəsizlik məsələləri üzrə gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl şirkətə verilməsi imkanını müzakirə ediblər.

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşaraq, Naxçıvanı birləşdirəcək yol verməyə hazırdır.

Poliqon.info