Fon der Leyen Rusiyanı Balkanlarda sabitliyi pozmaqda ittiham edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanı Avropaya inteqrasiya yolunu seçmiş Qərbi Balkanlarda sabitliyi pozmaqda ittiham edib...

Poliqon xəbər verir ki, AK rəhbəri bu barədə Bleddə təhlükəsizlik forumunun açılışındakı çıxışında bildirib. Fon der Leyenin çıxışı yayımlanıb.

AK rəhbəri hesab edir ki, Rusiya region ölkələrinin Avropa İttifaqına qoşulmaq istəməsi ilə barışmayıb və köhnə münaqişələri bərpa etməyə çalışır.

“Kreml köhnə münaqişələri canlandırmağa və həm Qərbi Balkanlar daxilində, həm də bu bölgə ilə Avropanın qalan hissəsi arasında nifaq salmağa çalışır”, deyə fon der Leyen qeyd edib.

Ursula von der Leyen həmçinin Rusiyanı müharibə başlamazdan bir müddət əvvəl Avropanı “qaz kranını” bağlamaqla şantaj etdiyini də vurğulayıb. AK rəhbərinin sözlərinə görə, Vladimir Putin öz ölkəsinin rifahını imperiya ambisiyalarına qurban verib.

Poliqon.info