Qəzzada 87 mindən çox uşaq peyvənd edilib

Peyvənd kampaniyasının ilk günündə Qəzzada 87 mindən çox uşaq iflic xəstəliyinə qarşı peyvənd edilib...

Poliqon xəbər verir ki, BMT-nin məlumatına görə, beynəlxalq humanitar təşkilatların nümayəndələri poliomielit peyvəndinin ilk günündə Qəzza zolağında 87 mindən çox uşağa peyvənd edib. Ümumilikdə ÜST on yaşa qədər 640 mindən çox uşağa peyvənd etməyi planlaşdırır.

Sentyabrın 1-də Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat düşərgəsində 392 stasionar sahədə 2,2 min tibb işçisi tərəfindən həyata keçirilən peyvəndləmə işləri başlayıb. Anklava ümumilikdə 1,26 milyon doza vaksin çatdırılıb. ÜST daha 400 min vaksin tədarük etməyi planlaşdırır. Uşaqların peyvənd edilməsi üçün İsrail humanitar dəhliz və ayrıca təhlükəsiz zonalar yaratmağa razılıq verib.

Xatırladaq ki, iyulun sonunda Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında poliomielit epidemiyası elan edib. Nazirlik epidemiyaya görə İsraili günahlandırıb, çünki yerli sakinlərin şəraiti, o cümlədən içməli suyun olmaması infeksiyanın yayılmasına təsir edib. Qəzza zolağında ilk təsdiqlənmiş poliomielit hadisəsi on aylıq körpədə aşkar edilib.

Poliqon.info