Tramp 2020-ci il seçkilərinə müdaxilə etmək hüququna malik olduğunu bildirib

Respublikaçı bir daha iddia edib ki, demokrat rəqibi 2020-ci ildə saxtakarlıq nəticəsində qalib gəlib...

Poliqon xəbər verir ki, sabiq ABŞ prezidenti bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

Xatırladaq ki, 2020-ci il ABŞ prezident seçkilərində Tramp Baydenə uduzdu. Sonradan onun özü də həmin seçkilərin nəticələrini ləğv etməyə cəhddə ittiham olundu.

2020-ci il seçkilərinin nəticələrini ləğv etməyə cəhddə ittiham olunan keçmiş ABŞ prezidenti Donald Tramp Fox News telekanalında bu seçkiyə müdaxilə etmək hüququna malik olduğunu bildirib.

Tramp bir daha Amerika Ədliyyə Nazirliyini nazirliyin onun şəxsinə münasibətinə görə tənqid edərək, özünün təqib hədəfinə çevrildiyini qeyd edib. Onun sözlərinə görə, ona qarşı açılan cinayət işləri yalnız reytinqini artırıb.

Qeyd edək ki, ABŞ-da 2020-ci il prezident seçkilərinin nəticələrinə görə, hazırkı dövlət başçısı Co Bayden 306, Donald Tramp 232 seçici toplayıb. Tramp isə demokrat rəqibinin seçici saxtakarlığı səbəbindən qalib gəldiyini bildirib.

Tramp tərəfdarları 2021-ci il yanvarın 6-da seçkilərin nəticələri orada təsdiqlənərkən Kapitoliyə basqın edərək bir neçə saat ərzində binanı ələ keçiriblər. Qarşıdurma zamanı 5 nəfər həlak olub.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. NYT/Siena Kolleci Tədqiqat İnstitutunun avqustun ortalarında açıqladığı sorğuya görə, Demokrat namizəd Kamala Harris əsas “yelləncək” ştatları, Miçiqan, Viskonsin və Pensilvaniya ştatlarında Trampı 4 faiz bəndi qabaqlayır. ABŞ-ın vitse-prezidentini orada seçicilərin 50%-i, eks-prezidenti isə 46%-i dəstəkləyir.

ABŞ-da Trampa qarşı 4 cinayət işi açılıb. O, məxfi sənədləri düzgün saxlamamaqda, maliyyə sənədlərini saxtalaşdırmaqda (“Stormy Daniels işi”), 2021-ci ilin yanvarında Konqresə hücumda iştirakda və 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdində şübhəli bilinir. İyulun 1-də ABŞ Ali Məhkəməsi qərar qəbul edib ki, siyasətçi prezidentlik dövründə törətdiyi bütün əməllərə görə təqib olunmaqdan immunitetə malikdir.

Poliqon.info