Husilər Qırmızı dənizdə daha bir tankerə hücum etdilərini təsdiqləyiblər

Yəmənin “Ənsar Allah” hərəkatına aid husi yaraqlıları Qırmızı dənizdən keçən “Blue Lagoon I” tankerinə hücum edib...

Poliqon xəbər verir ki, bu barədə təşkilatın hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalında bildirib.

“Yəmən silahlı qüvvələri gəmi əleyhinə raketlər və pilotsuz uçan aparatlardan istifadə etməklə “Blue Lagoon I” tankerinə qarşı əməliyyat keçirib”, deyə husi sözçüsü qeyd edib.

Saria iddia edir ki, üsyançılar tankerin gövdəsinə birbaşa zərbə vurublar. Husilərin rəsmi nümayəndəsu həmçinin əlavə edib ki, hücum gəmi sahibinin işğal olunmuş Fələstinin limanlarına giriş qadağasını pozması səbəbindən baş verib.

Bazar ertəsi səhər Britaniya Kral Donanmasının Dəniz Ticarət Koordinasiyası İdarəsi (UKMTO) Yəmənin Əl Salif şəhərindən 70 dəniz mili şimal-qərbində ticarət gəmisinə hücum edildiyini bildirib.

Reuters Agentliyinin məlumatına görə, söhbət konkret olaraq Səudiyyə Ərəbistanına aid olan “Blue Lagoo I” tankerindən gedir.

Poliqon.info