İlon Mask Braziliyadakı binesini itirə bilər

Amerikalı sahibkar İlon Maskın “Starlink” şirkəti biznesmen X sosial şəbəkəsinin bloklanması tələblərinə əməl etməsə, Braziliyada işləmək icazəsini itirə bilər...

Poliqon xəbər verir ki, bu barədə yerli “G1” telekanalı Milli Telekommunikasiya Agentliyinin prezidenti Karlos Bayqorriyə istinadən məlumat yayıb.

“Bu, inzibati proses qanununa uyğundur. Mümkün sanksiyalar xəbərdarlıq, cərimə və sonra qrantın geri alınması ilə başlayan ümumi telekommunikasiya qanununda nəzərdə tutulan sanksiyalardır”, deyə Bayqorri bildirib.

Braziliya rəsmisi qeyd edib ki, ölkə hökuməti verdiyi qrantı geri götürərsə, “Starlink” öz fəaliyyət qabiliyyətini itirə bilər.

Avqustun 17-də X sosial şəbəkəsi Braziliyadakı fəaliyyətini təcili dayandırdığını elan etdi. Bu qərar senzura məsələləri ilə bağlı ölkənin Ali Məhkəməsinin hakimləri ilə münaqişənin nəticəsi olub.

Avqustun 29-da Braziliya Federal Ali Məhkəməsinin hakimi Alexandri de Morais Maska 24 saat ərzində platformanın ölkədə yeni qanuni nümayəndəsi təyin etməyi tapşırıb. Lakin sahibkar bu tələbləri yerinə yetirməkdən imtina edib.

Avqustun 30-da Braziliyanın Ali Məhkəməsi ölkədə sosial şəbəkənin dərhal bağlanmasına qərar verib.

Poliqon.info